Millət vəkili müəllimlərə dərs keçib
Bizi izləyin

Qırmızı.az

Millət vəkili müəllimlərə dərs keçib

Milli Məclis sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Azərbaycan Respublikasında sosial müdafiə sistemi” mövzusunda mühazirə oxuyub.

Milli Məclis sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Azərbaycan Respublikasında sosial müdafiə sistemi” mövzusunda mühazirə oxuyub.

AMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, mühazirənin dinləyiciləri qismində ölkənin ali məktəblərinin bu institutda üçaylıq ixtisasartırma təhsilinə cəlb olunmuş müəllimləri iştirak ediblər. H.Rəcəbli mühazirəsində Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən danışaraq vurğulayıb ki, dövlətin əsas məqsədi öz vətəndaşlarının yaxşı yaşamasını təmin etməkdir.

Bir çox ölkələrin sosial siyasəti ilə müqayisə aparan deputat qeyd edib ki, Azərbaycan əksər məsələlərdə, o cümlədən, vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində düzgün yol tutub.

Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi siyasətdən danışan H.Rəcəbli vətəndaşların məşğulluğunun təmin edilməsində qarşıya çıxan problemlərə də toxunub.

Sonda H.Rəcəbli dinləyicilərin suallarını cavablandırıb.

Qeyd edək ki, AMİ-də üçaylıq ixtisasartırma təhsilində ölkənin 16 ali məktəbindən 40 müəllim iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm