Müflis olan azərbaycanlı iş adamı Ukraynaya köçüb – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Müflis olan azərbaycanlı iş adamı Ukraynaya köçüb – ÖZƏL

“Xalqlar Dostluğu” ticarət yarmarkasının sahibi, naxçıvanlı iş adamı İman Quliyev Azərbaycanı tərk edib.

Publika.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, iş adamı Ukraynada yeni biznes fəaliyyətinə başlayıb.

Hazırda onun Ukraynadakı biznesinin Azərbaycandakı biznesindən daha böyük olduğu bildirilir. İman Quliyevin bir müddət öncə bank borcları olan və vergidən yayınan iş adamlarının Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması ərəfəsində Azərbaycandan getdiyi deyilir.

Qeyd edək ki, bu gün mətbuatda biznesmenin müflis olduğu barədə məlumat yayılıb (http://publika.az/p/107017).

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm