Orta məktəblər də silahlandı - Azərbaycanda
Bizi izləyin

Qırmızı.az

Orta məktəblər də silahlandı - Azərbaycanda

Təhsil Nazirliyi 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradıb.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, pilot layihə çərçivəsində hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb. Təlim üçün nəzərdə tutulmuş müasir avtomatlar, tapançalar, qumbaralar və minalar ilə təchiz olunub.

Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir.

Paytaxtla yanaşı, ölkəmizin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır. Şəmkir və Kürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər artıq quraşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm