İŞİD hakerləri Azərbaycan bankının məxfi məlumatlarını yaydı – FOTO
Bizi izləyin

Qırmızı.az

İŞİD hakerləri Azərbaycan bankının məxfi məlumatlarını yaydı – FOTO

Üsamə bin Ladenin təsviri yerləşdirildi. Terrorçu İŞİD qruplaşmasının tabeliyində olan haker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.

Oxu.Azxəbər verir ki, hücuma “Əmrahbank”ın amrahbank.azamrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.

Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkli, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.

Saytın "İslamic cyber army" adlanan haker qrupu tərəfindən sındırıldığı bildirilir.

"Amrahbank"dan Oxu.Az-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.

Baku.ws saytı isə xəbər verir ki, İŞİD hakerləri "Amrahbank"ın saytına kiber hücum etdikdən sonra bankın məxfi məlumatlarını yayıblar.

Özlərini "İslamic Kiber Army" adlandıran İŞİD hakerləri saytı dağıtdıqdan sonra bankın müştəriləri barədə məlumatları öz twitter səhifələrindən paylaşıblar.

Bununla yanaşı, təşkilat "Amrahbank"ın saytında yerləşdirdiyi xəbərdarlıqda bildirib ki, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatların hamısını internetdə yerləşdirəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm