Qırmızı.az
XƏBƏRDARLIQ: Qurbanlıq heyvanlar xüsusi ayrılmış yerlərdə kəsiləcək
Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda kəsilməsinin qarşısı alınacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti sentyabrın 24-25-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında əmr imzalayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Publika.az-a bildrdiyinə görə, imzalanmış əmrdə Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə baytarlıq mütəxəssislərinin heyvanların kütləvi halda kəsildikləri Bakı şəhərinin ayrı-ayrı rayonlarına təhkim olunması qeyd edilir.
Eyni zamanda, əmrdə Bakı Şəhər Baytarlıq İdarəsinə tapşırılır ki, Qurban bayramı ərəfəsində və bayram günlərində baytarlıq mütəxəssislərinin qurbanlıq heyvanlar satılan və kəsilən yerlərdə olmalarını təmin etsin. Eləcə də rayonlardan gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin olmasını müəyyənləşdirmələri, bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmələri, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl etmələri tapşırılır.
Gülnar Əliyeva
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK