İşdəki stresi necə idarə etməliyik?
Bizi izləyin

Qırmızı.az

İşdəki stresi necə idarə etməliyik?

İşdəki stresi aradan qaldırmaq və bir sıra onkoloji xəstəlikləri daha tez aşkarlamaq üçün yeni xidmət yaradılıb.

Publika.az xəbər verir ki,İctimai Səhiyyə və İslahatlar Mərkəzi Saglamliq isim.az maarifləndirici internet səhifəsində “Reproduktiv Sağlamlıq” və “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal”larını yaradıb.

Portalların təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxış edən Səhiyyə kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin PR meneceri Səadət Hənifəyeva bildirib ki, “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal”ı müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədilə geniş əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılması məqsədilə ərsəyə gəlib.

“Burada sübutlu təbabət əsasında şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanmanın əsasları, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivlik, ağ ciyərin xroniki xəstəlikləri və astmanın profilaktikası barədə ətraflı məlumatlar və tövsiyələr var”.

Qeyd edək ki, bununla yanaşı, portalda iş yeri ilə bağlı stres və onun idarə olunması, uşaqlar və böyüklərdə onkoloji xəstəkliklərin erkən aşkarlanması barədə də məlumatlar yer alıb. İstənilən şəxs portalın “Mənim sağlamlığım” bölməsinə daxil olub, ümumi sağlamlıq vəziyyətini qiymətləndirməklə sağlamlığına risk faktorlarını müəyyənləşdirə bilər. Bunun üçün müvafiq suallara cavab vermək yetərlidir.

“Reproduktiv Sağlamlıq” portalı isə ana və uşaq ölümlərinin azladılması və təhlükəsiz doğuşların həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov bildirib ki, əhalinin müxtəlif təbəqələrinə sağlamlıq və xəstəliklərdən risk faktorları barədə məlumatı çatdırmış olacağıq.

“Xüsusən də, reproduktiv sağlamlıqla bağlı məsələ, anaların sağlamlığı, sağlam doğuşla bağlı məqamlar son dərəcə önəmlidir. Bu portalda hamilə qadınlar onları narahat edən bir sıra suallara cavab tapa biləcək. Portallarımızın imkanları yaxın zamanda daha da genişlənəcək. Çalışırıq ki, məlumatlar sadə insanların başa düşəcəyi formada çatdırılsın. Dünyada ölümlərin əksəriyyəri qeyri-infeksion xəstəliklərlə bağlıdır. Azərbaycanda bu xəstəliklərdən, əsasən, onkoloji, ürək-qan damar sistemi xəstəlikləri və diabetdən ölüm halları geniş yayılıb. Bu baxımdan hesab edirik ki, profilaktik tədbirlər ölüm hallarının qarşısını almağa xidmət edəcək. Bundan başqa, gələcəkdə, portalda həkimlə ünsiyyət xidməti də yaradılacaq. Lakin hesab edirik ki, bu, çox məsuliyyət tələb edən məsələdir. Bunun üçün mütəxəssis seçiminə xüsusi diqqət yetirmək lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm