Dubaya ucuz biletlərin satışı başladı
Bizi izləyin

Qırmızı.az

Dubaya ucuz biletlərin satışı başladı

“Azərbaycan Hava Yolları” (AZAL) oktyabrın 25-dən etibarən Bakı-Dubay-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır.

AZAL-dan Publika.az-a verilən məlumata görə, artıq kassalarda və şirkətin www.azal.az saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanılıb.

Uçuşlar "Embraer 190" təyyarəsi ilə hər gün həyata keçiriləcək.

Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu marşrut üzrə hər ayrıca yük üçün (23 kq-dan artıq olmayan) ödəniş olunması nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (5 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.

Reys Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 17:30-da çıxacaq, yerli vaxtla saat 20:25-də məşhur Cəbəl-Əli kurortunda yerləşən Al-Maktum hava limanına çatacaq.

Əks istiqamətdə reys Dubaydan saat 21:25-də çıxacaq, yerli vaxtla saat 00:25-də Bakıya çatacaq.

Yeni reysin açılması BƏƏ-nin məşhur kurort şəhəri ilə Azərbaycanın paytaxtını əlaqələndirməyə imkan yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm