• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

QMİ: “Məkkədə baş verən faciədə azərbaycanlı zəvvarlardan xəsarət alan olmayıb”

QMİ: “Məkkədə baş verən faciədə azərbaycanlı zəvvarlardan xəsarət alan olmayıb”

“Kəbədə baş verən faciədə azərbaycanlı zəvvarlardan xəsarət alan olmayıb”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar ötən gün Bakıdan Mədinə şəhərinə uçublar, hadisə isə Məkkədə baş verib:

“Hadisə baş verən zaman zəvvarlarımız Kəbədə olmayıblar. Ona görə də, şükürlər olsun ki, Azərbaycandan gedən zəvvarlar arasında xəsarət alan olmayıb. Ötən gün gedən zəvvarlarımız artıq otellərə yerləşdirilib. Hazırda da zəvvarlarımız ziyarətlərini davam etdirir. Bu gün və sabah da 3 təyyarə ilə zəvvarlarımızın uçuşu olacaq. Sonuncu gün, yəni sentyabrın 15-də isə 1 təyyarə uçacaq. Bununla da zəvvarlarımızın hamısı orada olacaq. Bu il bizim üçün nəzərdə tutulan kvota tam dolub”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR