Bilik günü Bakıda gözlənilən HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Bilik günü Bakıda gözlənilən HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sentyabrın 15-də - Bilik günü gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Gündüz saatlarında havanın temperaturu 26-30 dərəcə isti olacaq.

Qeyd edək ki, sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm