Azərbaycanda akademik vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda akademik vəfat etdi

Akademik Asəf Nadirov vəfat edib.



Asəf Nadirov bu gün səhər saatlarında Bakıdakı özəl klinikalardan birində dünyasını dəyişib.


Qeyd edək ki, Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olub.

1951-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadçı-coğrafiya ixtisasını bitirmişdir. 1968-ci ildə iqtisadi elmlər doktoru, 1970-ci ildə isə professor elmi dərəcəsinə yüksəlib. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.



AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri(1958-1964), elmi işlər üzrə direktor müavini(1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi(1981-1997), AMEA-nın Rəyasət Heyətinin üzvü vəzifəsində çalışıb.



2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvüdür.



Asəf Nadirovun rəhbərliyi ilə 6 nəfər doktor və 60 nəfərdən artıq namizədlik dissertasiyası müdafiə edib.



Mərhum akademik Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni təltif olunub./apa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm