Azərbaycanlı şairin kitabı Amerikada 500 min dollara satışa çıxarıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı şairin kitabı Amerikada 500 min dollara satışa çıxarıldı - FOTOLAR

XVII əsrdə yaşamış Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən Mirzə Məhəmməd Əli Saib Təbrizinin əlyazması olan qədim kitab Amerikada hərraca çıxarılıb.

Publika.az xəbər verir ki, kitaba 500 min dollar qiymət qoyulub.

Qeyd edək ki, Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbrizndə doğulub və ibtidai təhsilini də burada alıb. Saib Təbrizi İran tədqiqatçılarının "İsfahan üslubu" adlandırdıqları yeni poetik cərəyan yaradıb. Hindistanda onu farsdilli poeziyanın "Hindistan məktəbi"nin banisi kimi tanıyırlar.

Onun irsi təqribən 300 min beyt təşkil edib.

Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm