"2" alan 9-cu sinif şagirdlərinin sayı azalıb
Bizi izləyin

Qırmızı.az

"2" alan 9-cu sinif şagirdlərinin sayı azalıb

Son 3 ildə buraxılış imtahanlarında “iki" qiyməti alan 9-cu sinif şagirdlərinin sayı 14 faizədək azalıb. Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

2012-ci ildən başlayaraq, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdikləri nəticələrin ildən-ilə yaxşılaşdığını deyən nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi üçün növbəti illərdə də əsas prioritet şagirdlərin nailiyyətlərinin yaxşılaşmasıdır: “Bizdə cəmiyyətdə belə bir gözlənti var ki, bütün şagirdlərimiz əlaçı olmalıdır. Halbuki dünyanın inkişaf etmiş bir çox ölkələrində şagirdlərin 15-20 faizi məktəbi “iki” qiyməti ilə başa vurur. Bu, yaxşı hal deyil, amma reallıqdır. Çünki hər 5 şagirddən birinin təhsilə marağı olmaya bilər”.

E.Əmrullayev əlavə edib ki, Təhsil Nazirliyinə tabe olan orta məktəblərdə şagirdlərin 93-94 faizi 9-cu sinfi müvəffəq qiymətlə qurtarır: "Bu da çox qənaətbəxş haldır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm