• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda oğlanı qızla öpüşdüyünə görə öldürdülər - FOTOLAR

Bakıda oğlanı qızla öpüşdüyünə görə öldürdülər - FOTOLAR

“Allah sənə rəhmət elesin. Məkanin cənnət olsun Elçin Dəmirov. Yerin həmişə bir dağ kimi bilinəcək. Sənə qıyanın əlləri qırılsın inşallah”

Bu gün Bakının Yasamal rayonunda öldürülən 22 yaşlı Elçin Dəmirovdan yeni xəbər var.

Elçin Dəmirovun dostları Facebook sosial şəbəkəsində onunla bağlı status paylaşıblar.

Dostlarından biri Elçin Dəmirovun profilinə belə bir status yazıb: “Allah sənə rəhmət elesin. Məkanin cənnət olsun Elçin Dəmirov. Yerin həmişə bir dağ kimi bilinəcək. Sənə qıyanın əlləri qırılsın inşallah”.

Elçin Dəmirovun isə son statusu belə olub: “Sevdiyin adamın sənə olan sevgisini anlamağın üçün incit. Çünki kimsənin canı yanmadıqca sənə gerçək üzünü göstərməz...”

Qeyd edək ki, martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərrux Zeynalov münaqişə zəminində 22 yaşlı Elçin Dəmirova ürək nahiyəsindən bıçaqlayıb. Elçin Dəmirov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən Fərrux Zeynalov həbs edilib. Fərrux Zeynalovun 22 yaşlı oğlanı öldürməsinin bəzi təfərrüatları məlum olub. Hadisə vaxtı Fərrux Zeynalov parkda məşq edirmiş. Həmin vaxt Elçin Dəmirov orada bir qızlı öpüşürmüş. Fərrux Elçin Dəmirova qızla öpüşməsini irad tutub. O, deyib ki, bura yaşayış sahəsidir, qohumları, qonşuları var. O, Elçinə başqa yerdə qızla görüşməsini məsləhət görüb. Elçin isə Fərruxa mübahisəni həll etmək üçün başqa yerdə görüşməyi təklif edib. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Mübahisə zamanı Fərrux özündə olan bıçağı Elçin Dəmirovun ürəyinə sancıb.

Məlumata görə, ölən Elçin Dəmirov 2010 cu ildə Bakı Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat " fakultəsini bitiribmiş. Onun istədiyi qız isə hal-hazırda BDU-da "Kimya" fakultəsində təhsil alır. Elçin Dəmirov Lənkaranda aparılan bir inşaat işində rəhbər vəzifəsində çalışdığı bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxucularımıza 1996-cı il təvəllüdlü Fərrux Zeynalovun fotolarını təqdim edirik:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR