Kursantlar and içdi
Bizi izləyin

Qırmızı.az

Kursantlar and içdi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların sentyabrın 13-də andiçmə mərasimi keçirilib.

Hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm