Qırmızı.az
Əhaliyə müraciət
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bayram günləri ilə əlaqədar respublikanın müxtəlif rayonlarına, eləcə də rayonlardan paytaxta çoxsaylı insan axını gözlənilir ki, bu da yollarda nəqliyyatın hərəkətinin intensivliyi ilə müşayiət olunacaq:
"Ona görə də sürücülərdən bu günlərdə, xüsusilə
bayramın yaxşı əhval-ruhiyyə ilə keçirilməsi üçün yola, səfərə
çıxarkən qaydalara ciddi əməl etmələri, yollarda müəyyən edilmiş
sürət həddini aşmamaları xahiş olunur".
K.Əliyev bildirib ki, yol polisi bayram və
istirahət günlərində istər paytaxtda, istərsə də ayrı-ayrı
rayonlarda, eləcə də rayonlararası yollarda xidmətini
gücləndirilmiş iş rejimində davam etdirəcək.
Şöbə rəisi piyadalara da müraciət edərək bildirib
ki, paytaxtda, xüsusilə də bölgələrdə Novruz bayramı ilə əlaqədar
keçiriləcək tədbirlərə gedərkən və ya tədbirdə olarkən yolun
hərəkət hissəsinə çıxanda diqqətli olsunlar, haradan və necə gəldi
yolu keçməsinlər: "Piyadalar üçün müəyyən olunmuş xüsusi yerlərdən,
yeraltı keçidlərdən, nizamlanan və nizamlanmayan piyada
keçidlərindən istifadə etsinlər. Habelə uşaqları nəzarətsiz
buraxmasınlar".
K.Əliyev əhaliyə müraciətində isə bildirib ki,
ilaxır çərşənbə ilə bağlı yolun hərəkət hissəsində tonqallar
yandırmasınlar: "Bu həm avtomobillərin hərəkətinə mane olur, həm də
nəqliyyat vasitələri hərəkətdə olarkən insanlar üçün müəyyən
təhlükə yaradır".
Qeyd edək ki, Novruz bayramı ilə bağlı
Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günü elan
edilib.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO