Zəvvarlarımızın daha bir qrupu yola düşür
Bizi izləyin

Qırmızı.az

Zəvvarlarımızın daha bir qrupu yola düşür

Bu gün Həcc ziyarətinə daha 3 qrup zəvvar yola düşəcək.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər ziyarətə getmiş zəvvarların hamısı Mədinə şəhərindədir.

“Ziyarətə gedənlərin hamısının vəziyyəti yaxşıdır. Onlarla mütəmadi əlaqə saxlayırıq. Sabah isə sonuncu qruplar yola düşəcək”,- deyə R.Dadaşova bildirib.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarəti üçün səfəri sentyabrın 11-dən başlayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm