Bakı-Sumqayıt qatarında qiymət: 70 qəpikdən yuxarı
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt qatarında qiymət: 70 qəpikdən yuxarı

Bakı-Sumqayıt qatarlarında qiymətlər 70 qəpikdən yuxarı ola bilər.

Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda Tarif (qiymət) Şurası sözügedən məsələ ilə bağlı təklifləri dəyərləndirir: “Ya bu gün, ya da sabah Tarif (qiymət) Şurası qiymətləri elan edəcək. Təbii ki, ekonom-siniflə biznes-sinifin qiymətində fərqli rəqəmlər olacaq. Yəqin ki biznes-sinifdə qiymət 70 qəpikdən yuxarı olacaq. Amma indidən konkret qiyməti açıqlaya bilmərəm”.

Xatırladaq ki, sentyabrın 12-də Bakı-Sumqayıt sərnişin qatarı istifadəyə verilib. Qiymətlər müəyyənləşənə qədər sərnişinlər qatarlardan pulsuz istifadə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm