Qırmızı.az
Buraxılış imtahanlarında dəyişiklik ediləcək
Azərbaycanda buraxılış imtahanlarının məzmunu əhəmiyyətli dərəcədə dəyişdiriləcək.
Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, yeni tədris proqramları ilə təhsil alan şagirdlər yeni tədris ilində ilk məzunlar olacaqlar: "Bu şagirdlər artıq 8-ci sinfə qədəm qoyacaqlar. Növbəti tədris ilinin sonunda biz yeni çağırışla rastlaşacağıq. Düşünürəm ki, həm şagirdlər, həm də valideynlər buna hazır olmalıdırlar. Biz metodikada və məzmunda artıq yeni bacarıqları tələb edirik. Bu da o deməkdir ki, buraxılış imtahanlarının məzmunu əhəmiyyətli dərəcədə dəyişdiriləcək".
M.Cabbarov əlavə edib ki, bu, bütün təhsil sisteminə böyük təsir edən bir prosesdir: "Düşünürəm ki, bu tədris ili ərzində biz bunu - imtahanın məzmunu, çətinliyi, imtahanda tətbiq olunan qiymətləndirməni mütləq şəkildə prioritetləşdirməliyik".
-
Magazin122:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə