• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirildi

Bakıda ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirildi

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən Bakının mərkəzində yerləşən ali təhsil müəssisələri üçün fərqli iş qrafikləri müəyyənləşdirilib.

APA-nın məlumatına görə, Azərbaycan Texniki Universitetində bu tədris ilində dərslər öncəki tədris illərində olduğu kimi saat 8:30-da deyil, saat 9:00-da başlayacaq.

Azərbaycan Dövlət İqtisad Universitetində də iş qrafiki dəyişib. Əgər öncəki tədris illərində bu təhsil müəssisəsində birinci növbə üçün dərslər saat 8:30, ikinci növbə üçün dərslər saat 13:45-də başlayırdısa, bu il birinci və ikinci növbələr üçün dərslər müvafiq olaraq saat 9:00 və saat 14:00-da başlayacaq. Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə iş qrafikləri dəyişməyib. Bakı Dövlət Universitetində dərslər keçən tədris illərində olduğu kimi saat 8:30-da, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə saat 9:00-da başlayacaq.

Bakının mərkəzində yerləşən orta məktəblərdə də fərqli iş qrafiki tətbiq olunacaq. Məsələn, “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən 132 saylı orta məktəbdə tədris artıq saat 8:30-da deyil, saat 8:00-da başlanacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR