Sumqayıtda avtobusların hərəkət sxeminə dəyişiklik edildi
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda avtobusların hərəkət sxeminə dəyişiklik edildi

Bakı - Sumqayıt elektrik qatarının istismara verilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə operativ tədbirlər həyata keçirib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, tərtib olunmuş proqram əsasında dəmiryol yaxınlığından keçən şəhərdaxili marşrutların bir neçəsinin hərəkət sxemində dəyişikliklər olunub.

Sumqayıt şəhərində Koroğlu prospekti ilə hərəkət edən 5, 7, 7a, 10, 25, 30 və 39 saylı marşrut avtobusları Üzeyir Hacıbəyli küçəsindən Dəmiryolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək. Sərnişinlər rahat və maneəsiz, vaxt itirmədən Dəmiryolu stansiyasına gələ biləcəklər. Həmçinin, hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi ciblər və sərnişinlər üçün piyada keçidləri çəkilir.

Qurumdan bildirilir ki, sərnişinlərə nümunəvi xidmət göstərmək məqsədilə Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq bu kimi tədbirlər həyata keçiriliməkdədir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm