• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rayon maşınları üçün tikilmiş duracaqlarla bağlı xəbər var – FOTOLAR

Rayon maşınları üçün tikilmiş duracaqlarla bağlı xəbər var – FOTOLAR

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində ödənişsiz dayanacaqların təşkili məqsədi ilə tikinti işləri aparılıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində və “VAZ yol qovşağı” adlanan sahəsində yaradılan ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 280 metr uzunluğunda və 12 metr enində yeni yol tikilib. Bununla da qovşaqla dayanacağa nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində yaradılan ödənişsiz duracağa giriş-çıxış məqsədilə isə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib. Burada avtobusların dayanması üçün tikilən “cib”likdə 130 paqonmetr səki daşı da düzülüb. Yol kənarında abadlaşdırma, yaşıllaşdırma işləri həyata keçirilib, səkilərə bəzək daşları döşənib. Bundan başqa, “Lökbatan dairəsi” istiqamətindən gələn nəqliyyat vasitələrinin geriyə dönmələri üçün ayırıcı zolaqdan yol verilib. Piyadaların rahat və təhlükəsiz şəkildə avtomobil yolunu keçməsini təmin etmək məqsədilə isə yeni piyada zolağı çəkilib və əraziyə lazımi yol nişanları quraşdırılıb.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən xüsusi olaraq məktəblər yerləşən 91 küçə və prospektdə 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bundan başqa, Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR