Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri azaldılır
Bizi izləyin

Qırmızı.az

Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri azaldılır

Azərbaycan məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərclərini azaldır.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, 2016-cı ilin büdcə proqrnozunda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması üçün büdcədən 1 milyard 138 milyon 800 min manat ayrılması nəzərdə tutulur ki, bu da ötən ilin büdcə proqnozu ilə müqayisədə 88,3 milyon manat azdır.

Ümumiyyətlə isə, Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3%-i həcmində vəsait nəzərdə tutulub.

Qeyd edək ki, gələn ilin büdcə xərclərinin 16,264 milyard manat olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm