2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri artırılır
Bizi izləyin

Qırmızı.az

2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri artırılır

Büdcə proznozlarına görə, 2016-cı ildə müdafiə sahəsinə 1 milyard 837 milyon 800 min manat ayrılması gözlənilir.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, gələn ilə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 59,3 milyon manat (3,3%) çoxdur.

Ümumiyyətlə isə, Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3%-i həcmində vəsait nəzərdə tutulub.

Qeyd edək ki, gələn ilin büdcə xərclərinin 16,264 milyard manat olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm