Qırmızı.az
Bu gün Bilik günüdür
Bu gün Azərbaycanda yeni tədris ili başlayır.
Publika.az xəbər verir ki, 2015-2016-cı tədris ilində 50 mindən çox şagird I sinfə gedəcək. Ümumilikdə bu tədris ilində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.
Bu dərs ilində tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə 50 məktəbdə pilot layihə tətbiq olunmağa başlayıb. Yeni tədris ilində 3472 şagird təmayüllü siniflərdə təhsil alacaq. Bu şagirdlər üçün 55 ümumtəhsil məktəbində 156 təmayüllü sinif yaradılıb.
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək işə qəbul olunan təqribən 2000 şəxs orta məktəblərdə müəllim kimi fəaliyyətə başlayacaq.
Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bununla yanaşı, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi