Mikayıl Cabbarovdan Bilik günü təbriki
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarovdan Bilik günü təbriki

Təhsil naziri Mikayıl Cabbarov Bilik günü münasibətilə müəllim, şagird və valideynləri təbrik edib.

Publika.az xəbər verir ki, nazir təbrik mətnində 15 sentyabrın təkcə Bilik günü deyil, həm də hər birimizin həyatında yeni başlanğıc anı və təqvimi olduğunu deyib.

“Əziz şagirdlər! Biz sizinlə birlikdə sabaha baxırıq. Sizin qazandığınız bilik və bacarıqlar sizin hər birinizin həyat uğurunun zəruri şərtidir. Sizin uğurunuz Azərbaycanın uğurudur. Ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün bu, çox vacibdir. Əminəm ki, bunun üçün daim öyrənməyi, axtarmağı və araşdırmağı siz öz həyat vərdişinizə, xarakterinizə çevirəcəksiniz. Təhsilin bizə göstərdiyi bu yol uğur qazanmağın, özünütəsdiqin ən şərəfli yoludur.

Əziz müəllimlər! Bilik çırağını yandıran müəllim təkcə bu missiya ilə deyil, həm də vətəndaş tərbiyəsi ilə məşğuldur. Uğurlu şagird-tələbə, uğurlu təhsil müəssisəsi, uğurlu vətəndaş - sonda uğurlu cəmiyyət deməkdir. Bu həlqəni birləşdirən isə məktəb, öyrənməyi öyrənən məktəbli və müəllimdir.

Əziz valideynlər! Məktəbə daha yaxın olun, övladlarınızın təhsilində fəal iştirak edin. Bu zaman təhsil mühiti daha sağlam və bütöv olur. Tədqiqatlar sübut edib ki, valideynin gündəlik olaraq övladının dərslərinə diqqət yetirməsi onların təhsil göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir.

İnanırıq ki, bu gün məktəbə səsləyən zəng sədaları yaxın vaxtlarda Azərbaycanın ayrılmaz parçası olan Şuşada, Xankəndində çalınacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm