Hicablı qadın təsviri olan şərabla bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Hicablı qadın təsviri olan şərabla bağlı AÇIQLAMA

Bir neçə gün əvvəl mətbuatda “Leylinin gözləri” adlı şərabın üzərində hicablı qadın şəklinin təsvir olunması barədə məlumat yayıldı.

Məsələ ilə bağlı Publika.az-a danışan Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, “Leylinin gözləri” adı əmtəə nişanı kimi qeydiyyatdan keçib. Lakin qeydiyyatdan keçərkən orada şəkil təsvir ediləcəyi göstərilməyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçən əmtəə nişanı təsvirsiz, sadə şriftlə “Leylinin gözləri” ifadəsidir.

“Şəklin ora əlavə edilməsi sahibkarın ideyasıdır. Bununla bağlı müəssisə ilə əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz. Əmtəə nişanı qeydiyyatdan keçərkən, qanuna əsasən, sahibkarın adı, hüquqi ünvanı, nizamnaməsi, iddia sənədi, ekspertizanın qərarı və istifadə təsnifatı əks olunur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm