Bütün orta məktəblərin qarşısında sıxlıq var - NİİM
Bizi izləyin

Qırmızı.az

Bütün orta məktəblərin qarşısında sıxlıq var - NİİM

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyinin bütün qurumları gücləndirilimiş iş rejimində çalışır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, səhər saatlarında orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub.


NİİM-nin 141 nömrəli qaynar xəttinə 07:00-dən 11:00-a kimi sorğu xarakterli 100-dən çox zəng daxil olub.

NİİM-dən bildirilib ki, bir neçə gün öncədən dəfələrlə valideynlərə, sürücülərə müraciət edilməsinə baxmayaraq, sürücülərin avtomobillərini məktəblərin yanında park etməsi yolda uzun müddətli sıxlığın yaranmasına səbəb olub.

Sıxlıq, xüsusilə paytaxtın Azadlıq, Nəriman Nərimanov, Təbriz prospektlərində, Bakıxanov küçəsi, Neftçilər prospekti, Həsən Əliyev küç., Yusif Səfərov küç., İnşaatçılar pr., Koroğlu Rəhimov küçələrində müşahidə olunub.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm