FHN Akademiyasında Bilik günü münasibətilə mərasim keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

FHN Akademiyasında Bilik günü münasibətilə mərasim keçirilib - FOTOLAR

15 sentyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, nazirliyin nümayəndələri, akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak etmişdir.

Publika.az xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoymuşlar.

Sonra nazir müavini Faiq Tağı-zadə kursantları təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulamışdır. Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxış edərək bildirmişdir ki, açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlətimizin başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnəcəklər.

FHN Akademiyasına yüksək balla qəbul olunmuş kursant Nicat Bayramlı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə kursantlar adından təşəkkürünü bildirmişdir.

Sonra 2014-2015-ci tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirmiş və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm