Zəvvarlarımız Ümrə ziyarəti edib
Bizi izləyin

Qırmızı.az

Zəvvarlarımız Ümrə ziyarəti edib

Artıq azərbaycanlı zəvvarların bir qismi bu gün Ümrə ziyarəti edib.

Bunu Publika.az-a “Məşədi Dadaş” məscidinin axundu, azərbaycanlı zəvvarların qrup rəhbəri Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, digər zəvvarlar Mədinə şəhərindədirlər.

“Yaxın günlərdə onlar da Məkkəyə gedib Ümrə ziyarətlərini edəcəklər. Hazırda bütün zəvvarlarımızın səhhəti yaxşıdır. Onlar arasında hər hansı xəstəlik və narahatlıq yoxdur”.

Qeyd edək ki, azərbaycanlı zəvvarlar Həcc ziyarəti üçün sentyabrın 11-dən qruplar halında Mədinəyə gediblər. Bu gün isə sonuncu qrup yola düşüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm