Bakıda qırmızı asfalt - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda qırmızı asfalt - FOTO

Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindəki körpünün üstündə yolayrıcı hissədə və körpünün kənarındakı piyada səkilərinə qırmızı asfalt döşənib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Publika.az-a verilən məlumata görə, yollara qırmızı asfalt döşənməsi sınaq layihədir və yollara estetik gözəllik verilməsi məqsədi daşıyır. Adıçəkilən ərazidə də qırmızı asfalt sınaq kimi döşənib.

Qeyd edilib ki, yaxın gələcəkdə paytaxtın digər ərazilərində də, xüsusən səkilərdə, piyada zolaqlarında, dairələrdə bu rəngdə asfalt örtüyünün döşənməsi gözlənilir. Hələlik sınaq layihə kimi estetik baxımdan yalnız qırmızı rəngli asfalt örtüyü döşənir, digər rəngli asfaltdan istifadə edilməsi və onların yolun hərəkət hissəsinə döşənməsi planlaşdırılmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm