Sabah leysan olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah leysan olacaq

Bakıda havanın maksimal temperaturu 26 dərəcə isti olacaq, rayonlarda isə leysan yağış gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sentyabrın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq.

Bakıda isə gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış leysan xarakterli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm