Azərbaycan Texnologiya Universitetində "Bilik günü" qeyd olunub
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Texnologiya Universitetində "Bilik günü" qeyd olunub

Azərbaycan Texnologiya Universitetində yeni tədris ilinin başlamasına həsr olunan "Bilik günü" tədbiri təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsini ziyarət edib.

Daha sonra Bilik gününə həsr olunan geniş tədbir keçirilib. Əvvəlcə ATU-nun rektoru, texnika elmləri doktoru, professor Akif Süleymanov çıxış edərək professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibətilə təbrik edib. Rektor deyib ki, ATU-nu seçən tələbələr zamanın tələblərinə uyğun addım atıblar. Çünki Azərbaycanın hazırki iqtisadi inkişafı fonunda ölkədə sənaye müəssisələrinin sayı durmadan artır. Bu isə mühəndis texnoloqlara ehtiyacın günü-gündən artması deməkdir. Professor Akif Süleymanov son zamanlarda ATU-da tədris prosesi və kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan da danışıb. O, qeyd edib ki, tezliklə görülən işlər, həyata keçirilən layihələr öz müsbət nəticəsini verəcək və tələbələr ATU-nun müasir dövrün ən vacib universitetlərindən biri olmasının şahidi olacaqlar.

Daha sonra çıxış edənlər isə deyib ki, bu tədris ilində ATU-da 2422 tələbə təhsil alacaq. Bunlardan 527 nəfəri tələbə adını yeni qazananlardır. Eyni zamanda magistratura pilləsində təhsil alan 55 nəfərdən 28-i yeni qəbul olunanlardır. ATU-ya bu il qəbul olunan tələbələr arasında ən yüksək nəticəni Turay Dəvrişov göstərib. Rektor Akif Süleymanov 501 bal toplayaraq Standartlaşma və texnoloji maşınlar fakülətsinin İnformasiya texnologiyaları və mühəndilsiyi ixtisasına qəbul olunan Turay Dəvrişova universitet adından noutbuk hədiyyə edib. Daha sonra tələbə adını yeni qazananlardan yüksək bal toplamış 12 nəfərə tələbə biletləri və hədiyyələr təqdim olunub.

Çıxış edən tələbələr ATU-ya qəbul olunduqlarına görə sevinc hissi keçirdiklərini, gələcəyin peşəkar texnoloqları olmaq üçün elmin sirrlərinə həvəslə yiyələnəcəklərini deyiblər. Birinci kursa qəbul olunan tələblərin valideyinləri isə universitetdə keyfiyyətli tədris üçün yaradılan şəraitə, həyata keçirilən mütərəqqi layihələrə görə rəhbərliyə minnətdarlıq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm