DSMF 3 yeni elektron xidməti istifadəyə verdi
Bizi izləyin

Qırmızı.az

DSMF 3 yeni elektron xidməti istifadəyə verdi

Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib.

DSMF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Fond sədri Elman Mehdiyev bildirib ki, “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 8 ayı ərzində Fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır. Ən çox müraciət olunan elektron xidmətlər sırasında məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sosial sığorta müavinətlərinin ödənişi sahəsindəki elektron xidmətlər yer alıb.

Fond sədri ictimaiyyətə təqdim olunan “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” adlı yeni xidmətlər barədə məlumat verərək vurğulayıb ki, bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və itkisinin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm