• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bayram günlərində xəttə əlavə 200 avtobus buraxılacaq

Bayram günlərində xəttə əlavə 200 avtobus buraxılacaq

Bu il də Qurban bayramında bır sıra dövlət qurumları gücləndirilmiş iş rejimində işləyəcək.

Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Publika.az-a açıqlamasında hazırda bayramla bağlı hazırlıqların davam etdiyini bildirib:

“Qurban bayramı ilə əlaqədar sentyabrın 22-dən 27-dək gücləndirilmiş rejimdə işləyəcəyik. Hələ ki, bilet alışında sıxlıq müşahidə edilmir. On gün əvvəldən bilet satışları başlanılıb, həmçinin onlayn formada da bilet əldə etmək olar. Sərnişinlərə tövsiyə edirik ki, vaxtında kassaya müraciət edib bilet alsınlar. Hər hansı marşrutda bilet olmazsa, biz həmin xətti avtobusla təmin edəcəyik. Bunun üçün 200-ə qədər əlavə avtobus ayrılıb. Lakin bu bayramda çox da sıxlıq olacağını ehtimal etmirik. Çünki tədris ili yeni başlayıb. Bir həftə əvvəl paytaxta gələn tələbənin yenidən geri qayıdacağını zənn etmirik. Lakin buna baxmayaraq hazırlıqlar görürük”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov da bayram günləri gücləndirilmiş iş rejimində çalışacaqlarını dedi:

“Sərnişinlərin sıxlığına uyğun olaraq qatarlara əlavə vaqonlar qoşulacaq.Hər il ən çox sıxlıq qərb bölgəsi istiqamətində hərəkət edən qatarlarda müşahidə olunur. Bunun üçün də hazırlıqlar görülüb. Lakin hesab edirik ki, bu il bayram günləri o qədər də sıxlıq olmayacaq. Necə ki, sentyabrın 15-də sıxlıq müşahidə etmədik”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR