Dünya kitabxanalarında Azərbaycan guşələri yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Dünya kitabxanalarında Azərbaycan guşələri yaradılacaq

Dünyanın məşhur kitabxanalarında Azərbaycan guşələri yaradılacaq.


Publika.az xəbər verir ki, Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan İnternational Youth Alliance) “Azərbaycan həqiqətləri dünya kitabxanalarında” layihəsinə başlayıb. Layihənin məqsədi kitablar vasitəsilə Azərbaycan həqiqətlərini dünyada yaymaqdır. Eyni zamanda, layihənin hədəfi ermənilər tərəfindən universitet kitabxanalarında Azərbaycan haqqında yayılan yanlış məlumatların qarşısını almaqdır.

Layihə çərçivəsində ilkin olaraq dünyanın məşhur universitetlərinin kitabxanalarında Azərbaycan guşələri yaradılacaq. Bu guşələrdə Azərbaycan haqqında kitab, jurnal, broşür və CD-lər yerləşdiriləcək. Layihənin ikinci mərhələsində dünyanın tanınmış kitabxanalarında Azərbaycanla bağlı guşə və kataloqlar yaradılacaq.

Qeyd edək ki, layihə hər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm