Qırmızı.az
AŞPA-nın məruzəçisi cəbhədə - FOTO
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi cəbhə bölgələrində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Robert Uolter sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşdə cəbhəboyu zonaya, xüsusilə təmas xəttinə səfər edərək yerli əhali və şəxsi heyətlə görüşmək niyyətində olduğunu bildirib.
R.Uolterin vəziyyətlə yerində yaxından tanış olmaq xahişi müsbət qarşılanaraq onun təhlükəsizliyi təmin olunmaqla Müdafiə Naziriliyinin nümayəndələrinin müşayiəti ilə qonaq helikopterlə cəbhə bölgəsinə aparılıb.
Səfər zamanı R.Uolter Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib.
Erməni silahlı bölmələri tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd sakinləri ilə görüşdə son günlər düşmən tərəfinin vəziyyəti daha da gərginləşdirərək minaatanlardan və iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutması faktı qonağın diqqətinə çatdırılıb. O da bildirilib ki, hətta bir neçə gün əvvəl kənddə keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində iki qadın və bir uşaq güllə yaraları alıblar.
R.Uolter səfər zamanı əldə etdiyi məlumatlardan yararlanacağını bildirib və problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunacağına əminliyini ifadə edib.
Müxtəlif istiqamətlərdə ön səngərlərdə döyüş tapşırığı yerinə yetirən hərbi qulluqçularla görüşlərdə isə qonaq əsgər və zabitləri dinləyib, onların suallarını cavablandırıb, eləcə də onun özünü maraqlandıran məsələlərə cavab tapıb.
Bölgələrə səfəri başa çatdıqdan sonra R.Uolter Bakıya qayıdıb.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər