• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yağışlı hava davam edəcək - PROQNOZ

Yağışlı hava davam edəcək - PROQNOZ

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sentyabrın 18-də havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR