TQDK sədri: “Bəzən xəbər saytlarında məlumatlar bizim saytımızdan daha tez dərc olunur”
Bizi izləyin

Qırmızı.az

TQDK sədri: “Bəzən xəbər saytlarında məlumatlar bizim saytımızdan daha tez dərc olunur”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il ərzində keçirdiyi müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib.

Publika.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, imtahanlarda təkcə komissiyanın 126 nəfər əməkdaşı deyil, kənardan dəvət olunan müəllimlər, ekspertlər iştirak edib. Həmçinin mətbuatın xəbərlərin çatdırılmasında rolu böyükdür: “Buna görə də bəzən məlumat TQDK-nın saytında yerləşdirməmişdən əvvəl mətbuata göndəririk. Bəzən xəbər saytlarında məlumatlar bizim saytımızdan daha tez dərc olunur”.

M.Abbaszadə bildirib ki, komissiyanın son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub. Onun sözlərinə görə, “Elektron Hökumət” portalına avqust ayı ərzində istifadəçilərin statistikasını açıqlayıb. TQDK-nın təqdim etdiyi 15 elektron xidmətdən 4167385 dəfə istifadə edilib. TQDK sədri bildirib ki, bu il qəbul kompaniyasına son qoyulub, yeni mərhələyə hazırlıq mərhələsinə start verilib.

Komissiya sədri həmçinin mətbuatın 140 illiyi münasibətilə keçirilən müsabiqənin qaliblərini də mükafatlandırıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm