Kimsəsiz uşaqlara şəxsiyyət vəsiqələri verildi
Bizi izləyin

Qırmızı.az

Kimsəsiz uşaqlara şəxsiyyət vəsiqələri verildi

Bu gün Sumqayıt “ASAN xidmət” mərkəzi və ASAN Könüllülərinin birgə təşəbbüsü ilə "Könüllülər Yurdu Azərbaycan" layihəsi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 2 saylı Dövlət Sosial Xidmət müəssisəsində xeyriyyə tədbiri təşkil edilib.

Publika.az xəbər verir ki, “ASAN xidmət” mərkəzi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 41 nəfər uşağa şəxsiyyət vəsiqəsi təqdim edilib.

Tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Gənclər valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlarla birgə vaxt keçirib, onlara müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri yarandığı ilk gündən sosial məsuliyyət yönümlü aksiyalar keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm