“Wikipedia”-da Azərbaycanla bağlı tarixi TƏHRİF – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Wikipedia”-da Azərbaycanla bağlı tarixi TƏHRİF – FOTOLAR

Məşhur “Wikipedia” səhifəsi Azərbaycan tarixini təhrif edib.

Publika.az-ın məlumatına görə, “Wikipedia”-nın türk dilində fəaliyyət göstərən səhifəsində 1514-cü il avqustun 23-də Osmanlı İmperiyası ilə Səfəvilər dövləti arasında baş vermiş “Çaldıran döyüşü” barədə məlumatlarda təhrifə yol verilib. Belə ki, Wikipedia”-nın türk dili səhifəsində Səfəvilər İmperiyası İran dövləti, “Çaldıran döyüşü” isə İran-Osmanlı müharibəsi kimi qeyd olunur.

Xatırladaq ki, Səfəvilər İmperiyası 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövlətidir. Dövlətin əsasını Azərbaycanın tarixi sərkərdəsi Şah İsmayıl Xətai 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoyub.

Səfəvilər dövləti müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm