Qırmızı.az
Dünənki qəzada yaralananlardan ikisinin vəziyyəti ağırdır
Ötən gün Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xəstələrdən ikisinin vəziyyəti ağırdır.
Bu barədə Publika.az-a xəstəxananın baş həkiminin müavini Elçin Quliyev məlumat verib.
E.Quliyev bildirib ki, Südabə Rüstəmova hələ şokdan ayılmayıb.
“Onun bir ayağı amputasiya olunub, digər ayağı açıq sınıqdır. Asif Paşabəyovun da vəziyyəti ağır olaraq qalır. Onun hər iki ayağında çox sınıq vardı. Ayaqları amputasiyadan xilas etsək də, vəziyyəti ağır dəyərləndirilir. Digər xəstələrin isə vəziyyəti stabildir. Hər hansı dəyişiklik yoxdur”.
Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralıların Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Daha sonra onlardan biri 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.
Gülxar
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü