Səhiyyə Nazirliyi: Bölgələrdə çalışan həkimlərə güzəştlər tətbiq edilə bilər
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi: Bölgələrdə çalışan həkimlərə güzəştlər tətbiq edilə bilər

"Səhiyyə Nazirliyi bölgələrdə çalışan həkimlərə güzəştlərin tətbiq edilməsi üçün yeni dövlət proqramı layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O xatırladıb ki, müvafiq 5 illik dövlət proqramının müddəti başa çatıb: "Növbəti proqramın qəbul olunması üçün nazirlik Nazirlər Kabinetinə müraciət edib. İldən-ilə bölgələrdə həkim problemi azalsa da, sözsüz ki, həkim təminatında yenə də problemlər qalır".

Nazir müavini həmçinin qeyd edib ki, ana və uşaq ölümlərində əvvəlki illərdə olduğu kimi bu il də artım qeydə alınmayıb: "İndi hər bir ana ölümü Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır. Hər bir ana ölümü mətbuatda işıqlandırılır. Ancaq ümumi rəqəmlərlə götürdükdə ana və uşaq ölümünün sayında artım müşahidə olunmayıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm