Özəl tibb fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunur
Bizi izləyin

Qırmızı.az

Özəl tibb fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunur

Azərbaycanda özəl tibb fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, “tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.

Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.

Layihə səsə qoyularaq plenar iclasa tövsiyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm