Göygöl qoruğuna görə 11 nəfər “qara siyahı”ya salındı
Bizi izləyin

Qırmızı.az

Göygöl qoruğuna görə 11 nəfər “qara siyahı”ya salındı

Göygöl Təbiət Qoruğunda qaydaları pozan 11 nəfər “qara siyahı”ya salınıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəliflik departamentinin direktoru Vaqif Cavadov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərin şəxsiyyəti polis tərəfindən təsdiqlənib:

“Siyahıya salınan şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməkdən imtina ediblər. Lakin onların şəxsi avtomobillərinin nömrəsi götürülüb, polisə məlumat verilib. Bununla da, onların şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslərin adı, soyadı “qara siyahıya” salınıb, qoruğun girişindəki lövhədə qeyd olunub. Həmin şəxslər həm də cərimələniblər”.

V.Cavadov son günlər parka istirahətə gələnlərin sayının azaldığını deyib. Onun sözlərinə görə, həm görülən tədbirlər, həm də mətbuatda yayılan məlumatlar pozuntuların sayını azaldıb. Bir müddət pozuntulara görə ajiotaj yaranmışdı, lakin hazırda hər şey qaydasındadır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm