Qırmızı.az
"ASAN xidmət" noyabrdan taksi lisenziyaları verəcək
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq
(lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin
daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə
məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi ilə
bağlı Nəqliyyat Nazirliyi ilə danışıqlar aparılır.
Bu xidmətin noyabr ayında “ASAN xidmət” mərkəzləri çərçivəsində
göstərilməsi təmin ediləcək.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsinin müdiri
Anar Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, vətəndaşlara yaşayış yeri üzrə və
mənsubiyyət arayışlarının verilməsi ilə bağlı isə hazırda aidiyyatı
orqanlarla – Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə
danışıqlar aparılır: “Bu xidmətlərin də ən qısa zamanda
göstərilməsi təmin ediləcək”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun
31-də dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması,
yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının
elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman
imzalayıb.
Dövlət başçısı dövlət xidmətlərinin göstərilməsində yeni
standartların tətbiq edilməsini, innovasiyalardan və müasir
texnologiyalardan istifadənin genişləndirilməsini, habelə
şəffaflığın artırılmasını təmin etmək məqsədilə qərara alıb ki,
yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın
verilməsində aşağıdakı qaydalara riayət olunması təmin
edilsin.
Xatırladaq ki, fərmanda digər məsələlərlə yanaşı, yaşayış yeri
üzrə arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər
informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə,
elektron qaydada tərtib edilməsi, arayışın vətəndaşların şəxsiyyət
vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən
hazırlanması və vətəndaşın müraciət etdiyi gündə də
təxirəsalınmadan verilməsi nəzərdə tutulur.
Bundan əlavə, Agentlik şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, eləcə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etməlidir.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO