“Elmlər Akademiyası”nın ikinci çıxışında işlər yekunlaşır - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Elmlər Akademiyası”nın ikinci çıxışında işlər yekunlaşır - FOTOLAR

“Elmlər Akademiyası”nın ikinci giriş-çıxışının istismara verilməsi üçün tikinti işləri sürətli templə davam etdirilir.

“Bakı Metropoliteni” QSC-dən Publika.az-a verilən məlumata görə, tikintinin yerüstü sahəsinin abadlaşdırılmasına hazırlıq da başlayıb. Bu məqsədlə sahədə müvəqqəti və köməkçi tikililərin söküntüsü aparılır.

Qeyd edək ki, bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa edilib. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə, daha biri Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətində olacaq. Sonuncusu isə Bakı Dövlət Universiteti istiqamətindədir. Yerüstü abadlaşdırma işləri ilə paralel olaraq giriş-çıxışlar üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılacaq.

İki giriş-çıxışda 4 müasir eskalator quraşdırılıb. Keçidlərdəki eskalatorlar isə yekun sazlama ərəfəsindədir.
Stansiya vestibülündə mərmər-qranit örtük dizayna və memarlıq-dekorasiya tələblərinə uyğun aparılır. Kassa otaqlarında və digər yardımçı sahələrdə rəngkarlıq işləri görülür. Tavanın rənglənməsi yekunlaşmaq üzrədir. Bütün ərazidə döşəmənin üzlənməsi başa çatıb. Həm kassa zalı, həm də keçidlərin divarlarında memarlıq incəlikləri tələb edən işlər də yekunlaşmaq üzrədir.

Maşın zalını və daha bir neçə yardımçı otağı isə artıq hazır saymaq olar. Şaxta ventilyatorlarının qoyulması, sanitariya avadanlıqlarının qurulması, kabel xətlərinin çəkilməsi və s. işləri demək olar ki, tikinti mərhələsi ilə paralel aparılır. Əsas qurğuları tam hazır vəziyyətə gətirilmiş dartı-alçaldıcı yarımstansiya son kabel xətlərinin çəkilməsi ilə tam hazır vəziyyətə gətiriləcək.

Kassa zalında qoyulmuş üç müasir eskalatorda əsas sazlama işləri başa çatdırılıb və son sınaqlar üçün hazırdır. Eskalatorlar üzərindəki asma tavanın memarlıq-dizayn tələblərinə uyğun qurulmasına başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm