Azərbaycanda ailələr niyə dağılır? – ƏSAS SƏBƏB
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ailələr niyə dağılır? – ƏSAS SƏBƏB

"Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerdə tərəflərin xasiyyətlərinin tutmadığı göstərilir". Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

O deyib ki, əslində, nikahın pozulmağını istəyən tərəflərin xasiyyətlərinin tutmaması ümumiləşmiş səbəbdir: "Bu səbəbi araşdıranda, tərəfləri dinləyəndə müxtəlif və fərqli məqamlara rast gəlinir".

Komitə rəsmisinin sözlərinə görə, birgə yaşayış üçün insanlar bir-birinə uyğunlaşmalıdırlar: "Uyğunlaşma olmayanda, yəni dünyagörüşü, həyata baxış, əqidə, həyat haqqında düşüncələr nikah quran şəxlər arasında bir-birini tamamlamırsa, bu, böyük problemlərə yol açır".

A.Veysəlova qeyd edib ki, zərərli vərdişlərə aludəçilik də boşanmanın səbəbləri sırasında yüksək faiz təşkil edir: "Tərəflərdən biri hansısa bir vərdişinin olduğu haqqında tərəf-müqabilinə xəbər vermir, gizlədir. Bu cür hadisələr isə sonradan ailədaxili münaqişənin səbəblərinə və boşanmalara gətirib çıxarır".

Komitə rəsmisinin sözlərinə görə, digər bir məsələ də reproduktiv sağlamlıqla bağlıdır: "Reproduktiv sağlamlıq çox vacib məsələdir. Ailə qurmağı planlaşdıran tərəflər bir-birilərinə öz sağlamlıqları haqqında məlumat verməlidirlər, bu, mütləqdir".

A.Veysəlova qeyd edib ki, ailədaxili zorakılıq, qadın və kişinin həddindən artıq qısqanc olması, bir-birlərini həddən artıq nəzarətdə saxlamaları da boşanmalar zamanı əsas səbəb kimi göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm