77 il sonra sevdiyi qadınla evləndi
Bizi izləyin

Qırmızı.az

77 il sonra sevdiyi qadınla evləndi

Türkiyənin Qəhrəmanmaraş bölgəsində maraqlı hadisə yaşanıb. 92 yaşlı Mustafa Qaraqoyun 77 il əvvəl sevdiyi qadınla evlənib.

Publika.az-ın bu ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, Mustafa Qaraqoyun 15 yaşında olanda 18 yaşlı Döndü Kıraçla evlənmək istəsə də, atası icazə verməyib. Mustafa hərbi xidmətdən qayıdanda sevdiyi qızın başqası ilə evləndiyini öyrənib. Kəndi tərk edib, başqa biri ilə ailə qursa da, ilk sevgisini unuda bilməyib.

Qoca bir neçə il əvvəl yaşadığı qocalar evində D.Kıraçı yenidən görür. 77 il əvvəl atasına görə qovuşa bilməsələr də, bu dəfə onunla evlənməkdə israrlıdır. Bu dəfə isə övladları onun bu qərarına qarşı çıxırlar. Sevdiyi qadını qocalar evindən qaçırandan sonra onlar bu evliliyə razı olmaq məcburiyyətində qalırlar.

77 il sonra M.Qaraqoyun sevdiyi qadınla rəsmi nikaha girir. O, bu addımına görə çox xoşbəxt olduğunu deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm