Onlardan cəmi 36 nəfər qalıb
Bizi izləyin

Qırmızı.az

Onlardan cəmi 36 nəfər qalıb

Azərbaycan əhalisi arasında uzunömürlülərin əksər faizini qadınlar təşkil edir. "Report"un Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, Bakı şəhərində yaşayan 100 yaşını keçmiş 36 nəfərdən 35-i qadın, 1 nəfəri kişidir. 95-99 yaşlı 170 nəfərin isə 52-si kişi, 118-i qadındır.

Naxçıvan Muxtar Respublikasında yaşayan 100 yaşını ötmüş 50 insandan isə 6 nəfəri kişi, 44 nəfəri qadındır. 80-84 yaşlı 3 358 insandan 1 303-ü kişi, 2 055-i qadındır.

Lerikdə 100 yaşını ötən bir nəfər var ki, o da qadındır. Astara rayonunda 100 yaşını keçən 5 nəfərin hamısı qadındır.

Yardımlı rayonunda yaşayan 90-94 yaşlı 18 insanın sadəcə ikisi kişidir.

Şəki rayonunda yaşı 100-ü ötən insan qeydə alınmasa da, 95-99 yaş aralığında olan 15 nəfərin hər biri qadındır. Bu rayonda yaşayan 85-89 yaş aralığında olan 607 nəfərdən 202 nəfəri kişi, 405-i qadından ibarətdir.

Zaqatala rayonunda yaşı 95-99 olan 7 sakinin hamısı qadındır. Rayonda yaşayan 65-69 yaş aralığında olan 2 045 sakinin1 161-i qadın, 884 nəfəri isə kişidir.

Kəlbəcər rayonunun yaşı 100-ü ötmüş 50 sakininin sadəcə 1 nəfəri kişi cinsinin nümayəndəsidir.

Qeyd edək ki, digər bölgələrdə də bu cür statistika izlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm