Jurnalist vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Jurnalist vəfat etdi

Bu gün "Xalq qəzeti" baş redaktorunun keçmiş müavini İbrahim Ömərov infarkdan dünyasını dəyişib

Qəzetin əməkdaşı, yazar Anar Turan feysbuk səhifəsində yazdığı statusda mərhum haqqında bu sözləri deyib:


"Bu gün bütün dostları, tanışları və nəhayət yaxınları onun aramızdan vaxtsız, cavan ikən köçməsinə göz yaşı axıtdı... Çox dəyərli dostumuz, "Xalq qəzeti" baş redaktorunun keçmiş müavini, Sumqayıt Dövlət Universitetinin prorektoru İbrahim Ömərov ömrünün 37-ci ilində bu fani dünyanı tərk etdi. Ürəkdən sevinərdi, ürəkdən gülərdi, ürəkdən də vəfat etdi...
Əminəm ki, bu gün həyatım boyu bəlkə də böyük təəssüf hissi keçirəcəyim günlərdən biridir. Comərdliyinə, səmimiliyinə, ağlına hörmət bəslədiyimiz bir Vətən oğlunu itirdik. Nə etmək olar... Ölümün adiləşdiyi bir zamanda yaşayırıq...

Allahdan rəhmət diləyib ruhuna və əzizlərinin can sağlığına dualarımızı edək. Ailəsinin, yaxınlarının, dostlarının başı sağ olsun ! Hamımızın başı sağ olsun !" /BayMedia

Oxumağa davam et
Reklam
Reklam

Gündəm